Salam Hörmətli Çaysevərlər,
Dünyanın ən böyük çay ailəsinə xoş gəldiniz. Din, dil , irq, həyat tərzi kimi bütün insani fərqliliklərə baxmayaraq hamımız milyardlarla ifadə edilən o böyük çay ailəsinin bir fərdiyik. İşləyərkən, vəya, oxuyarkən, evdə, işdə, məktəbdə, gəzintidə, qonaqlıqda, yolda xülasə, həyatın və günün hər anında çay ilə birlikdə olmağımız bizi birləşdirən ortaq nöqtə olmaqdadır. Çaynəğmə, bu ortak nöqtəmizin və birlikdə olmağımızın bir digər adıdır. Çaynəğmə, əsasən bir eşqin və ehtirasın hekâyəsidir. Çay və nəğmə kəlimələrinin birləşməsindən əmələ gələnÇaynəğmə, adını çayı Klassik Türk musiqisinə aid məqamlar ilə yenidən ifa edənçay üstadından almışdır. Bu fəlsəfi çay təliminə görə, ədəbinə uyğun olaraq dəmlənmiş hər bir çay, layiqincə icra edilmiş bir musiqi əsəridir. Bu əsər, misrasını çay yarpaqlarından, bəstəsini çay ustadından alaraq incə belli armudu istəkanda bir nəğmə olur.Bu abu-həyat bəzən Hicaz, bəzən Nəhavənd, bəzən də Hasarbusəlik məqamında dəmlənir.
Bu veb saytı o böyük çay ailəsinin hər bir fərdinə aiddir yəni, sizlərə aitdir. Çaysevərlər bu sayt üzərindən çay ilə əlaqəli hər cür mövzunu paylaşa biləcək, dünyanın bir başında yaşayan bir çay sevdâlısı, çay haqqında düşüncələrini, məlumatını, şəkil və video görüntülərini bütöv çay âiləsi ile paylaşabiləcəktir. Çaysevərlər bu âiləyə üzv olaraq, hərhansı bir məhsulun reklamını eləməmək şərti ilə, hər cür mövzuda bildiklərini paylaşa bilərlər. Bununla birlikdə, aşağıdakı boşluğa e-mail adresinizi yazaraq çay âiləsindəki bütün xəbərləri əldə edə bilərsiniz. Çay mövzusunda yazılarınızı, öz dilinizlə yanaşı İngilis dilində vəya Türk dilində də ifadə etməklə, daha çox sayda çay sevdâlısıyla paylaşmağı və əlaqə qurmağı təmin edəcəkdir.
Və indi çay zamanı!
E-Bülten Aboneliği